Məşhur qapıçı hədələndi:"80 min verməsən..."

Məşhur qapıçı hədələndi:"80 min verməsən..."
12:16 8 Yanvar 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Fənərbaxça" futbol klubunun qapıçısı Volkan Dəmirəl qızının oğurlanacağı ilə hədələnib.

ANS PRESS-in məlumatına görə, futbolçuya zəng edən naməlum şəxs ondan 80 min lirə tələb edib. Həmin şəxs qapıçının pulu verməyəcəyi təqdirdə qızının qaçırılacağını bilidirib.


Volkan Demirəl və qızı.

Dəmirəlin polisə etdiyi müraciətdən sonra keçirilən əməliyyat axtarışları nəticəsində 1 nəfər şübhəli həbs edilib.

Zəng vurduğu mobil nömrə sayəsində asanlıqla polis tərəfindən tapılan şəxs məqsədinin əslindən Volkan Dəmirəli və qızını qorumaq olduğunu söyləyib. Polis həmin şəxsin son telefon danışıqlarını araşdıraraq futbolçunu qızı Yadeni qaçırmaq istədiyi iddia edilən bir neçə nəfər də saxlanılıb. Saxlanılan şəxslər belə bir niyyətlərinin olmadığını girov ssenarisinin isə Dəmirələ zəng vuran və digər saxlanılanlardan birinin olduğunu bildirib.

Şübhəli şəxslər bir birddət nəzarət altında qalacaqları şərti ilə azadlığa buraxılıbar.

Məşhur qapıçı 2010-cu ilin sentyabrında Zeynəb Kubra Sevər adlı xanımla ailə həyatı qurub.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR