ETSN balıqçıların etirazına cavab verdi: Balıqçının ovlama bileti almalıdır

ETSN balıqçıların etirazına cavab verdi: Balıqçının ovlama bileti almalıdır
14:23 8 Yanvar 2016
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Hər bir balıqçının balıq ovlamaq üçün qanuna müvafiq qaydada ovlama bileti almalıdır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru Rasim Həsənov Neftçalada balıqçıların etirazına münasibət bildirərkən deyib.

Etiraz edən balıqçıların qanunsuz balıq ovu ilə məşğul olduğunu deyən R.Həsənov qeyd edib ki, həmin şəxslərdən qanunun tələblərinə riayət edilməsi tələb edilir: “Biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar. Hər şeyi qanuni qaydada həll etmək mümkündür. Biz brakonyerliyin qarşısını alırıq. Bununla razılaşmayanlar, etiraz edənlər rayonda qanunsuz balıq ovuna himayədarlıq edənlərdir. Bu, çıxış yolu deyil. Balıqçılar yerlərdəki qanunsuz balıq ovuna dəstək verən və etiraz edənlər bəzi himayədarların fitnəsinə getməsinlər. Hər kəs sadəcə qanuni tələblərə əməl etməlidir".

Qeyd edək ki, bu gün Neftçalanın bir necə kəndindən olan 100-ə yaxın balıqçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ilişkən torlarla balıq ovuna qadağanın qoyulmasını əsas gətirərək etiraz aksiyası keçiriblər. Hadisə yerinə gələn ETSN-in nümayəndələri aksiya iştirakçıları ilə danışıqlar apardıqdan sonra balıqçılar aksiyanı dayandırıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2478118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR