Finlandiya tutduğu rusiyalını ABŞ-a verir

Finlandiya tutduğu rusiyalını ABŞ-a verir
15:27 8 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Finlandiya Ədliyyə Nazirliyi 2015-ci ilin avqust ayında ölkə ərazisində həbs edilmiş Rusiya vətəndaşını ABŞ-ın müraciəti əsasında bu ölkəyə təhvil verməyi qərara alıb.
Lent.az-ın "Reuters"ə istinadən yaydığı xəbərə görə, ABŞ hüquq-mühafizə orqanları tərəfindən kompüter fırıldaqçılığı yolu ilə milyonlarla dolları oğurlamaqda təqsirləndirilən Maksim Senax ABŞ-a təhvil veriləcək. M.Senax haqqında ABŞ-ın Minnesota ştatında cinayət işi var. O, kompüter fırıldaqçılığı ilə yanaşı, elektron məlumatların qanunsuz istifadəsi ilə bağlı hüquqazidd əməllərdə ittiham olunur.  

Qeyd edək ki, Rusiya XİN M.Senaxın həbsinə etiraz edərək bunu "əcinnə ovu" adlandırıb. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hadisəni ədalət mühakiməsi ilə heç bir əlaqəsi olmayan addım kimi qiymətləndirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR