Azərbaycanda "donuz qripi"nə görə həyəcan (VİDEO)

Azərbaycanda "donuz qripi"nə görə həyəcan (VİDEO)
16:06 8 Yanvar 2016
105 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə "donuz qripi" təhlükəsi ilə bağlı sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.

ANS TV-nin məlumatına görə, xüsusən Türkiyədə donuz qripinə yoluxma və xəstəlikdən ölüm hallarıAzərbaycanın sərhəd -keçid məntəqələrinin xüsusi iş rejiminə keçməsinə səbəb olub.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib:

“İstər quş, istərsə də donuz qripinin əsas əlaməti insanda temperaturun olmasıdır. Ona görə də bütün sərhəd keçid-məntəqələrində xüsusi qurğular vasitəsiə hərarəti olan insanları müəyyən etmək mümükündür. Bundan başqa sərhəddə artıq həkimlər də fəaliyyət göstərir. Bununla bağlı Səhiyyə Nazirliyi ilə bağlı əməkdaşlıqlar edilir. Nazirliyin əməkdaşları məsələ ilə bağlı Dövlət Gömrük Xidmətinin işçilərinə seminarlar keçirəcək”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR