“Sosial təhlükəsizliyinizin təminatı” adlı layihənin açılış olub

“Sosial təhlükəsizliyinizin təminatı” adlı layihənin açılış olub
17:23 8 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 8-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş “Sosial təhlükəsizliyinizin təminatı” adlı layihənin açılış mərasimi keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Birliyin koordinatoru Elmar Məmmədov İKT-nin günümüzün aktual sahəsi olduğunu vurğulayıb, bu baxımdan layihənin önəmi qeyd edib.
Sonra layihə rəhbəri Əfqan Noçuyev layihə haqqında ətraflı məlumat verib və interaktiv lövhədə sosial şəbəkələrdə təhlükəsizlik qaydaları ilə bağlı məsələləri iştirakçıların nəzərinə çatdırıb.
Tədbirdə layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sosial_tehlukesizliyinizin_teminati_adli_layihenin_achilis_olub-916988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR