“Koroğlu” operası Türkiyədə

“Koroğlu” operası Türkiyədə
18:33 8 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə yanvarın 9-da Türkiyənin Mərsin şəhərində Üzeyir Hacıbəylinin “Koroğlu” operasının premyerası olacaq.
AZƏRTAC TÜRKSOY-un saytına istinadla xəbər verir ki, premyera dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə keçiriləcək.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın tanınmış sənətçilərinin eyni səhnəni bölüşəcəyi opera tamaşasının nümayişi Mərsin Dövlət Opera və Balet Teatrında reallaşacaq.
Operada Koroğlu rolunda A.Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet Teatrının solisti Sadırbek Jumaşov, Nigar rolunda isə Astana Dövlət Opera və Balet Teatrının solisti Jupar Gabdullina çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Türkiyədə yaşayan azərbaycanlı rejissor, professor Əflatun Nemətzadə, dirijoru Azərbaycanın Xalq Artisti Rauf Abdullayevdir.
Premyeradan sonra opera yanvarın 12-si və 16-da yenidən nümayiş olunacaq.
Qeyd edək ki, “Koroğlu” operası 2009-cu ildə TÜRKSOY-un təşkilatçılığı ilə dörd ölkədə 250 nəfərlik beynəlxalq kollektivlə səhnəyə qoyulub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Koroglu_operasi_Turkiyede-917025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR