Azərbaycanın gömrük keçid-məntəqələri “donuz qripi” təhlükəsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Azərbaycanın gömrük keçid-məntəqələri “donuz qripi” təhlükəsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
19:23 8 Yanvar 2016
58 Digər
Ölkə mətbuatı
A- A+


Masallı, 8 yanvar, Bağır Əliyev, AZƏRTAC
Türkiyədə qeydə alınmış “donuz qripi” təhlükəsi ilə bağlı Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yanvarın 8-də Masallıda jurnalistlərə müsahibəsində bildirib.
A.Əliyev qeyd edib ki, istər “donuz qripi”, istərsə də “quş qripi”nin əsas əlamətləri yüksək hərarətin olması ilə seçilir. Ona görə də bütün sərhəd-buraxılış keçid məntəqələri termoqurğularla təchiz olunub: “Sərhəd-buraxılış məntəqələrinə Dövlət Gömrük Komitəsinin tərkibində olan həkim briqadaları da cəlb edilib. Daim Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Yaxın zamanlarda nazirliyin təcrübəli həkimlərinin iştirakı ilə bizim tibb işçilərimiz üçün seminar-treninqlərin keçirilməsi də nəzərdə tutulub”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_gomruk_kechid_menteqeleri_donuz_qripi_tehlukesi_ile_bagli_guclendirilmis_is_rejimine_kechib-917063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR