2015-ci ilin ən yaxşı komandası (FOTO)

2015-ci ilin ən yaxşı komandası (FOTO)
23:51 8 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

UEFA 2015-ci ilin rəmzi komandasına düşən futbolçuların adlarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, 7 milyon 50 min 428 nəfərin iştirak etdiyi sorğuda ən çox Lionel Messi səs toplayıb - 448 min 445.

Kriştiano Ronaldo 260 min 811 səs toplayıb. "Real"ın ulduzu 11 futbolçu arasında Cerard Pikedən sonra ən az səs yığan olub. Siyahıda ən çox "Barselona"nın futbolçusu təmsil olunub - 5 nəfər. "Real"ın 3, "Bavariya"nın 2, "Yuventus"un 1 üzvü ən yaxşılar arasında yer alıb.


Lionel Messi

Ölkələrə gəlincə, siyahıda ən çox İspaniyanın futbolçusu var. Belə ki, 3 ispan futbolçu ən yaxşı olub. Braziliyanın 2, Almaniya, Avstriya, Fransa, Kolumbiya, Argentina və Portuqaliyanın bir təmsilçisi fərqlənib.Sorğuya qatılan 7 milyon 50 min 428 nəfər arasında ən çox Avropa sakinləri yer alıb. Belə ki, səs verənlərin 53 faizi "köhnə qitə"nin sakinləridi. İştirakçıların 19 faizi Asiya, 15 faizi Cənubi Amerika, 8 faizi Şimali Amerika, 4 faizi Afrika, 1 faizi isə Okeaniyanı təmsil edir.



Qapıçı
Manuel Noyer (Alamaniya - Bavariya, Almaniya - 379 min 304 səs).

Müdafiəçilər
Daniel Alveş (Braziliya - Barselona, İspaniya - 291 min 611)
Cerard Pike (İspaniya - Barselona, İspaniya - 254 min 279)
Serxio Ramos (İspaniya - Real, İspaniya - 330 min 647)
David Alaba (Avstriya - Bavariya, Almaniya - 433 min 244)

Yarımmüdafiəçilər
Pol Poqba (Fransa - Yuventus, İtaliya - 361 min 421)
Ceyms Rodriges (Kolumbiya - Real, İspaniya - 260 min 871)
Andres İnyesta (İspaniya - Barselona, İspaniya - 401 min 574)

Hücumçular
Kriştiano Ronaldo (Portuqaliya - Real, İspaniya - 260 min 811)
Lionel Messi (Argentina - Barselona, İspaniya - 448 min 445)
Neymar (Braziliya - Barselona, İspaniya - 282 min 327).


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR