Ən məşhur "xaç atası" yenə tutuldu - FOTO

Ən məşhur "xaç atası" yenə tutuldu - FOTO
09:22 9 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Meksika prezidenti Enrike Penya Nyetonun dediyinə görə, "El Çapo" ləqəbli narkobaron Hoakin Qusman tutulub.
Qusman həbsxanadan qaçmışdı.

Bu barədə Meksika prezidenti Tvitter-dəki mikrobloqunda yazıb: "Missiya başa çatdı. Xoakin Qusman tutulub. Meksika hökuməti nəzdindəki təhlükəsizlik şurasına minnətdarlıq edirəm".
Milli.Az El Mundo-ya istinadən bildirir ki ötən ilin oktyabrın 16-da Meksikanın hakimiyyət dairələri X.Qusmanın qaçanda yaralandığını deyirdilər. 
Narkobaronun kürəkəni, vəkili, onun qaçdığı təyyarənin pilotu və qaçışı hazırlamış daha 3 nəfər tutulmuşdular.

"El Çapo" iyulun 12-də həbsxanadan qaçmışdı. Qaçış üçün 10 metr dərinliyində 1,5 km uzunluğu olan tunel qazılmışdı.
Narkobaron Meksikanın şimalındakı Los Moçis şəhərində yerləşən "Hotel & Suites Doux" otelində yaxalanıb.
"El Çapo" ilə bahəm, onun sağ əli və cəlladı, "El Çolo" ləqəbli İvan Qastelum Kruz da tutulub.
"El Çolo"nun sevgilisi, 20 yaşlı meksikalı supermodel və "Miss Sinaloa" gözəllik müsabiqəsinin qalibi Mariya Susana Flores Qomes 2012-ci ildə Meksika ordusunun narkotacirlərə qarşı keçirdiyi reyd zamanı güllələnmişdi.

Milli.Az

































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR