AFR polisinin həmkarlar ittifaqı: Biz belə biabırçılıq gözləmirdik

AFR polisinin həmkarlar ittifaqı: Biz belə biabırçılıq gözləmirdik
13:33 9 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 9 yanvar, AZƏRTAC
Köln polisi Yeni il gecəsində qadınlara kütləvi hücumların qarşısını ala bilmədiyinə görə kəskin tənqidə məruz qalıb.
AFR polisi həmkarlar ittifaqının Şimali Reyn-Vestfaliya əyalətindəki filialının rəhbəri Erix Rettinqhaus “Alman dalğası”na müsahibəsində deyib ki, onlar indiyə qədər heç vaxt bu dərəcədə çoxsaylı qrup tərəfindən qəddarlıqla və qeyri-insani şəkildə törədilmiş cinayətkar əməllərlə rastlaşmayıblar. O deyib: “Biz hamımız hədsiz heyrətlənmişik - ən əvvəl ona görə ki, biz o qədər də çox deyildik”.
Təəssüf ki, iri şəhərlərdə bəzən belə hallar baş verir: seksual təzyiqdən oğurluq üçün yayındırıcı manevr kimi də istifadə edilir. İndi polisin əsas vəzifəsi bunu aydınlaşdırmaqdır: necə olub ki, bu qədər çoxsaylı insan məhz Kölndəki vağzal meydanında cinayətlər törədilməsi barədə razılığa gələ bilib, faktiki olaraq Almaniya hüquqi dövlətini ayaqlar altına salıblar.
Rettinqhaus qeyd edib ki, bu vəziyyət polis üçün tamamilə gözlənilməz olub. Tam qətiyyətlə demək olar ki, əgər belə vəziyyət yarana biləcəyini göstərən cüzi əlamətlər olsaydı, oraya daha çox operativ qüvvə cəlb edilərdi. Lakin bunun heç bir əlaməti görünmürdü. Cəlb edilmiş əməkdaşların sayı adi Yeni il gecəsi üçün kifayət edərdi. Üstəlik, ola bilsin ki, bu öz başınalıqlarla bağlı yaranmış şəraitin çox gec dərk edilməsi və əlverişsiz hadisələr ardıcıllığı üzündən, vəziyyət daha da gərginləşib. Hadisə yerindəki polis işçilərinin qüvvəsi ilə daha çox sayda asayişi pozanların saxlanması sadəcə olaraq qeyri-mümkün idi.
Həqiqətən, polislər ilk növbədə hamının salamatlığının qeydinə qalmağa məcbur idilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AFR_polisinin_hemkarlar_ittifaqi_Biz_bele_biabirchiliq_gozlemirdik-917157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR