Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" klubu ikinci dövrənin hazırlığına start verib. Fanat.az xəbər verir ki, Almaniya təmsilçisi təlim-məşq prosesi ərzində bir neçə yoxlama matçı keçirəcək ki, artıq rəqiblərin kimliyi də məlumdu.
Nazarovun komandası ilk iki matçda Bundesliqa təmsilçiləri ilə görüşəcək. Yanvarın 13-də "İqnolştadt"la qarşılaşacaq "Karlsrue"ni 3 gün sonra daha ciddi sınaq gözləyir. Belə ki, ikinci bundesliqa təmsilçisi yanvarın 16-da son Almaniya nəhəngi "Bavariya" ilə qarşılaşacaq. Bundan başqa Nazarovgili yanvarın 30-da "Qroyter"lə sınaq matçı da gözləyir.
Qeyd edək ki, yanvarın 17-dən 25-nə kimi "Karlsure" təlim-məşq toplanışının ikinci hissəsini İspaniyada keçəcək.
Fanat.az