Bakıda bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, dekabrın 29-da saat 04 radələrində şəhər sakini Sadiq Ovçiyev ehtiyatsızlıqdan Nərimanov rayonunun Z.Bünyadov prospektindəki körpüdən yıxılıb. S.Ovçiyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.