Diasporla İş üzrə Dövlət Komitəsi KİV-i diqqətli olmağa çağırıb

Diasporla İş üzrə Dövlət Komitəsi KİV-i diqqətli olmağa çağırıb
20:27 9 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan diasporunu hədəf seçən, onun nüfuzunu zədələməyə yönəlmiş, az qala bütün diaspor təşkilatlarını fəaliyyətsiz, səmərsiz qurumlar kimi təqdim edən təşəbbüslərin çoxalması müşahidə edilməkdədir.
 
Milli.Az APa-ya istinadən bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
 
Məlumatda qeyd edilib ki, artıq sistemli xarakter almış bu tendensiya xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında da ciddi narahatlıq doğurur: "Təəssüf hissi ilə qeyd edirik ki, əksər hallarda yoxlanılmamış informasiyalar əsasında hazırlanan bu yazılar diaspor işinə könüllü olaraq qoşulmuş, öz doğma Vətəninə səmimiyyətlə xidmət etməyə çalışan minlərlə soydaşımızın bu günə qədər Azərbaycan üçün göstərdiyi təmənnasız xidmətlərə kölgə salmaq niyyətini əks etdirir. Bir daha vurğulamağı vacib bilirik ki, kütləvi informasiya vasitələri Azərbaycan diaspor təşkilatları barədə hər hansı məlumatı yayarkən onun dəqiqliyini yoxlamalı,  xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin bu cür ittihamlara kifayət qədər həssas olduğunu unutmamalıdır. Təbii ki, biz diasporun fəaliyyətində mövcud olan nöqsanların ictimailəşdirilməsinin əleyhinə deyilik. Dünyanın ən güclü diasporlarının da fəaliyyətində nöqsanlar, çatışmazlıqlar, fikir ayrılıqları olur və bütün bunları normal qarşılamaq lazımdır. Lakin bu cür informasiyalar dəqiq, qərəzsiz və yoxlanılmış məlumatlara əsaslanmalıdır. Əks halda, belə yanaşmalar nəinki soydaşlarımızı incik sala, könüllü vətənpərvərlik işi olan diaspor fəaliyyətindən uzaqlaşdıra, həm də Azərbaycan dövlətinin milli maraqlarına zərbə vura bilər".
 
Məlumatda qeyd edilib ki, diaspor canlı bir orqanizmdir, öz ətrafında yüz minlərlə insanı birləşdirir: "Hər bir insanın dünyagörüşü, hadisə və proseslərə baxışı individual xarakter daşıyır. Bu baxımdan diaspor təşkilatlarınını müxtəlif məsələlərə yanaşmasında fərqliliklərin olması təbiidir. Bəzi hallarda, əksinə, bu cür fərqliliklər daha optimal həll yollarının tapılmasına imkan yaradır, diaspor təşkilatları arasında Azərbaycana daha yaxşı xidmət etmək uğrunda səmərəli rəqabət mühiti formalaşdırır. Son günlər bəzi kütləvi informasiya  vasitələrində yayılmış materiallarda diasporumuzun nüfuzuna xələl gətirmək, Azərbaycanın bir sıra tərəfdaş dövlətlərlə münasibətlərini süni olaraq gərginləşdirmək, mövcud qarşılıqlı inam və etimadı zədələmək niyyəti açıq-aydın nəzərə çarpmaqdadır. Bugünkü şərtlərdə müzakirə edilməsi perspektivi belə şübhə doğuran bir sıra tanınmış siyasi təhlilçilərinin, dövlət və siyasət adamlarının da doğru hesab etmədiyi mövzular ətrafında bu qədər süni, heç bir real faktlara əsaslanmadan konkret ittihamlar üzərində qurulmuş bir kampaniyanın təşkilinin məqsədini başqa cür izah etmək mümkün deyil. Bütün bunlar baş verənlərin kənardan idarə olunan və Azərbaycanın dövlət maraqlarını zərbə altında qoymağa hesablanmış bir proses olduğunu düşünmək üçün ciddi əsaslar yaradır. Aydın şəkildə nəzərə çarpır ki, burada əsas hədəf Azərbaycan diasporu deyil, məhz Azərbaycan dövlətinin milli maraqlarıdır. Buna görə də biz, bu kampaniyaya bilməyərəkdən qoşulduğuna şübhə etmədiyimiz bütün kütləvi informasiya vasitələrini diqqətli, eyni zamanda məsuliyyətli olmağa dəvət edirik. Əminik ki, Azərbaycan dövlətinin və xalqının milli maraqları hər bir vətəndaşımız, o cümlədən KİV nümayəndələri üçün peşəkar maraqlardan qat-qat yüksəkdə dayanır".
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11