2016-cı il "Multikulturalizm ili" elan olundu

2016-cı il "Multikulturalizm ili" elan olundu
18:36 10 Yanvar 2016
82 Şou
Ölkə mətbuatı
A- A+

2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.

Axşam.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevyanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında elan edib.
 
Dövlət başçısı yekun nitqində 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirib.
 
Prezident ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR