"Azər Türk Bank"dan yeni "MobilBank" xidməti

"Azər Türk Bank"dan yeni "MobilBank" xidməti
19:08 10 Yanvar 2016
49 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 yanvar, AZƏRTAC
“Azər Türk Bank” müştərilərinə mobil telefon vasitəsilə müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı yaradan "MobilBank" xidməti təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Azər Türk Bank”ın istənilən növ ödəniş kartına sahib müştəriləri SİM kartı dəyişmədən, istənilən mobil operator nömrəsi ilə banka gəlmədən bu tətbiqi smartfonlarına yükləyə, yerindən və zamanından asılı olmadan əməliyyatların real vaxt rejimində həyata keçirilməsi kimi üstünlüklər əldə edə bilərlər.
Bu xidmətdən istifadə etməklə kommunal, mobil operator və internet provayder xidmətlərinin ödənişlərinin həyata keçirilməsi, həmçinin kartdan-karta pul köçürülməsi, kartın bloklaşdırılması və blokdan çıxarılması, kart hesabı üzrə çıxarışın alınması əməliyyatlarının yerinə yetirilməsi mümkündür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR