Ərəb Dövlətləri Liqasının nazirləri təcili Qahirədə toplandı

Ərəb Dövlətləri Liqasının nazirləri təcili Qahirədə toplandı
00:08 11 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası nazirlərinin təcili toplantısı keçirilib.
Anadolu agentliyi bildirir ki, toplantıda Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr Ərəb ölkələrinin daxili işlərinə qarışan İrana qətiyyətli müqavimət göstərəcəklərini söyləyib.
Toplantıda Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyan İranda bir neçə dəfə diplomatlara və konsulluqlara qarşı bu cür hücumların həyata keçirildiyini deyib: “Bu hal, ya İran hökumətinin qurumları qorumaq istəməməsindən, ya da diqqətsizlik nəticəsində meydana gəlir”.
Misirin xarici işlər naziri Samih Şükrü isə son 10 ildə İran ilə Ərəb ölkələri arasında gərginlik yaşandığını qeyd edib.
Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil Əl-Ərəbi İranın ərəb ölkələrinə müdaxilələrinə son verməsi üçün Ərəb ölkələrinə çağırış edib.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan bir qrup şəxsin, o cümlədən şiə lideri Nimr ən-Nimrin edamından sonra kəskinləşib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Areb_Dovletleri_Liqasinin_nazirleri_tecili_Qahirede_toplandi-917344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR