Tanınmış şair Tofiq Bayramın şəxsi fondu yaradılıb

Tanınmış şair Tofiq Bayramın şəxsi fondu yaradılıb
06:12 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət Xadimi Tofiq Bayram yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edilib.
Arxivin direktor müavini Könül Nəsibova AZƏRTAC-a bildirib ki, sənədlər sırasında şairin əlyazmaları, məktubları, ona verilmiş kitablar və dövrünün tanınmış şəxsiyyətləri ilə çəkdirdiyi fotoşəkillər yer alıb.
K.Nəsibova deyib ki, şairin ömür-gün yoldaşı Zərifə xanım tərəfindən arxivə 250 sənəd təqdim edilib. Arxivin əməkdaşları tərəfindən təqdim edilmiş materialların siyahısı hazırlanıb. Bütün işlər qaydaya salınıb və arxivdə Tofiq Bayramın şəxsi fondu rəsmiləşdirilib.
Qeyd edək ki, Tofiq Bayram 1991-ci il aprelin 18-də vəfat edib və doğulduğu Əmircan kəndində dəfn olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/taninmis-sair-tofiq-bayramin-sexsi-fondu-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR