Türkiyədə daha iki hərbçi şəhid oldu

Türkiyədə daha iki hərbçi şəhid oldu
09:17 11 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyatda bir hərbçi və bir polis məmuru şəhid olub, 3 əsgər yaralanıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, terrorçularla toqquşmada ağır yaralanan 4 türk əsgəri və bir polis məmuru Diyarbəkir Əsgər Hospitalına aparılıb. Həkimlərin səylərinə baxmayaraq əsgərlərdən birini və polis məmurunu xilas etmək mümkün olmayıb. Yaralı 3 əsgərin müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, 2015-ci il oktyabrın 1-dən Sur rayonunda fövqəladə vəziyyət elan olunub. Ötən dövrdə bölgədə aparılan antiterror əməliyyatlarında PKK-ya məxsus külli miqdarda silah və sursat ələ keçirilib, çox sayda terrorçu zərərsizləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR