Nazirlikdə daha bir vəzifəli işdən çıxarıldı

Nazirlikdə daha bir vəzifəli işdən çıxarıldı
13:05 11 Yanvar 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov vəzifəsindən azad edilib.

Milli.Az aznews.az-a istinadən bildirir ki, Nail Mərdanovun yerinə artıq yeni təyinat da olub.

Belə ki, Elnar Əsədov MHM-in direktoru vəzifəsinə təyin edilib.

Məlumata görə, adıçəkilən qurumda direktor müavinlərinin də işdən azad olunduğu bildirilir.

Nail Mərdanov 2004-cü ildən MHM-də direktor vəzifəsində çalışırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR