Kiçik şəhərlərdə qaçqınların qəbulu məsələsinə dair səsvermə keçiriləcək

Kiçik şəhərlərdə qaçqınların qəbulu məsələsinə dair səsvermə keçiriləcək
13:48 11 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 11 yanvar, AZƏRTAC
Şərqi Avropanın bəzi başqa şəhərləri ilə yanaşı, Çexiyanın Orlitskoustetski rayonunun Kraliki yaşayış məntəqəsində də qaçqınların qəbulu və yerləşdirilməsi üçün xüsusi yer ayrılması məsələsinə dair anket sorğusu formasında səsvermə keçiriləcək. Məsələ burasındadır ki, Çex Respublikası Daxili İşlər Nazirliyi keçmiş islah müəssisəsini və uşaq evini bu ölkədə sığınacaq verilməsini xahiş etmiş insanlar üçün nəzərdə tutulan müəssisəyə çevirmək niyyətindədir. Anket sorğusunda iştirak edən sakinlər DİN-in bu niyyətinə öz münasibətlərini bildirəcəklər. Belə bir ictimai rəy sorğusunun keçirilməsini həm əhali, həm də yerli vətəndaş təşkilatları tələb edib. Yaşayış məntəqəsinin starostası Yana Ponotsna ÇTK agentliyinə müsahibəsində bildirib ki, əhalinin əksəriyyəti bu cür planları bəyənmir. Artıq 2000-dən çox sakin qaçqınlar üçün xüsusi mərkəz yaradılmasına etiraz petisiyasını imzalayıb. Şəhər administrasiyası həmin islah müəssisəsinin və uşaq evinin qaçqınlar üçün mənzillərə çevrilməsini istəyir.
Çexiya, Slovakiya və Macarıstanda bir sıra başqa şəhərlərdə də analoji sorğular aparılması planlaşdırılır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kichik_seherlerde_qachqinlarin_qebulu_meselesine_dair_sesverme_kechirilecek-917421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR