​Əli Kərimlinin müşavirinin məhkəməsində zərəçəkmiş şəxs ifadə verib

​Əli Kərimlinin müşavirinin məhkəməsində zərəçəkmiş şəxs ifadə verib
15:22 11 Yanvar 2016
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə "Report"a M.İbrahimin vəkili Yalçın İmanov məlumat verib.
Vəkil bildirib ki, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş Oruc Vəliyev ifadə verib. O, növbəti prosesdə vəsatətlə çıxış edəcəyini də əlavə edib.
Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.
Qeyd edək ki, Məmməd İbrahim ötən il AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci ilin sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci maddəsinə tövsif olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR