Putin sanksiyalardan şikayətləndi (VİDEO)

Putin sanksiyalardan şikayətləndi (VİDEO)
17:01 11 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Vladimir Putin Qərbin sanksiyalarını ağılsızlıq adlandırıb.

ANS PRESS-in məlumatına görə, Almaniyanın Bild qəzetinə müsahibə verən Rusiya prezidenti Qərbin tətbiq etdiyi sanksiyalarla bağlı sualları cavablandırıb. Bildirib ki, inkişaf etmək üçün ölkələr bir-birinin imkanlarından qarşılıqlı olaraq, yararlanmalıdır.

Qərbin tətbiq etdiyi embarqoların səhv olduğunu bildirən, prezident bu sanksiyaları Ukarayniyaya dəstək məqsədilə deyil, sadəcə Rusiyada artımın qarşısını almaq üçün atılan addım adlandırıb.

“Mən düşünürəm ki, İnkişaf etmək və problemlərin həlli üçün birlikdə çalışmaq lazımdır” deyə Putin əlavə edib.

Prezident qeyd etdi ki, son 25 il ərzində ölkə bir çox ciddi təhlükələrlə, sənəyenin zəifləməsi, sosial sistemin dağılması və Beynəlxaq terrorizmlə üz-üzə gəlib. Beynəlxalq terrorizmlə mübarizədən Rusiyaya qarşı istifadə olunduğunu, heç kimin buna diqqət yetirmədiyini bildirən prizdent əksinə hər kəsin bunu dəstəklədiyini söyləyib.

O, Rusiya ilə Almaniya arasında əmtə dövriyyəsinin əvvəlki illərdə 80 milyard olduğunu indi isə bu gəlirlərin 50% aşağı düşdüyünü qeyd etdi. “Əvvəllər hər iki dövlətin birgə səyləri nəticəsində Almaniyada minlərlə iş yerləri var idi. Bu yaşadığımız ən çətin məsələ deyil, lakin xarici bazarlara çıxışımız əngəllənir ki, bu da bizim iqtisadiyyatımıza zərər verir” deyə prezident əlavə etdi.


Vladimir Putinin almaniyalı jurnalistlərə müsahibəsi.

2014-cü ildə Krımda baş verən hadisələr fonunda Rusiya “Böyük səkkizlik”dən kənarlaşdırılıb. Avropa Birliyi və ABŞ Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar rəsmi Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Almaniya Kansleri Angela Merkel Rusiyanın G7-də iştirakını mümkünsüz hesab edərək Rusiyanı dünya üçün təhlükə adlandırıb.

Dünyanın aparıcı ölkələrinin liderləri Rusiyanın sədrliyi ilə Soçidə keçirilməli olan G8 sammitində iştirak etməkdən imtina ediblər. Onun əvəzinə Brüsseldə G7 sammiti keçirilib.


Almaniya Sol partiya fraksiyasının həmsədri Sara Vaqenknext

Ötən ilin dekabrındaAlmaniya Sol partiya fraksiyasının həmsədri Sara Vaqenknext Bundestaqdakı çıxışı zamanı “Rusiya “Böyük 8”liyə - iqtisadi cəhətdən inkişaf etmiş, aparıcı ölkələr birliyinə qaytarılmalıdır” deyə fikirlər səsləndirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR