​Nardaranda yeni yaradılan polis bölməsi bir neçə əməliyyat keçirib

​Nardaranda yeni yaradılan polis bölməsi bir neçə əməliyyat keçirib
17:38 11 Yanvar 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunun Nardaran qəsəbəsində yeni yaradılan 42-ci polis bölməsinin əməkdaşları artıq bir neçə əməliyyat keçirib.

“Report” xəbər verir ki, əməliyyat zamanı qəsəbə sakini, 1961-ci il təvəllüdlü İlqar Abdullayevdən 1 ədəd bıçaq götürülüb. Digər bir əməliyyat zamanı isə qəsəbənin Ş.Tuti küçəsində yol kənarından 18 ədəd kustar üsulla hazırlanmış bıçaq, 1 ədəd süngü bıçağı və 19 ədəd patron aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR