"Qarabağ"da türkiyəli futbolçu

"Qarabağ"da türkiyəli futbolçu
23:56 11 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubunun heyətinə daha bir futbolçu qoşulub.

ANS PRESS-in məlumatına görə, 19 yaşlı Şükrü Anıl Tokdəmir ağdamlıların əsas heyətinə dəvət alıb.

O, ağdamlılara Türkiyənin "Qaziantepspor" klubunun gənclərdən ibarət komandasından cəlb olunub. Anıl 3 ay zədəli olduğu üçün məşqlərdə iştirak etməyib.

Bundan sonra son çempionun əvəzediciləri ilə məşqlərdə iştirak edən gənc və perespektivli yarımmüdafiəçi hazırda "Qarabağ"ın Antalya toplanışına cəlb olunub.


"Qarabağ" klubu

Komandanın baş məşqçisi Qurban Qurbanov futbolçunu bəyənəcəyi halda onunla müqavilə imzalanacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR