Çin iqtisadiyyatı böyüməyə davam edir

Çin iqtisadiyyatı böyüməyə davam edir
02:41 12 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristin Laqard Çin iqtisadiyyatındakı istiqrarsızlığı şərh edib. ANS PRESS-in məlumatına görə, dünyanın maliyyə başbiləni Çində baş verənləri təbii proses adlandırıb. “Çin iqtisadiyyatı təbii keçid dövrünü yaşayır.”

Çinin “Xinxua” rəsmi agentliyinə müsahibə verən Laqard, Çinin Amerika Birləşmiş Ştatlarından (ABŞ) sonra dünyanın ikinci böyük iqtisadiyyatı olmağa davam edəcəyini deyib. Çin iqtisadiyyatının çox yüksək səviyyəli iqtisadi böyümə dövründən daha istiqrarlı böyümə dövrünə keçdiyini deyən BVF prezidenti baş verənlərin normal keçid prosesi olduğunu iddia edib.

“Amma Çində istehlakın azaıması xarici ölkələrə xammal sifarişinin də azalmasına səbəb olacaq. Bu azalma, Çinin xammal istehsalçısı ölkələrə investisiyalarında bəzi azalmalara səbəb ola bilər. Lakin bu proses Çinin xammal istehsalçısı olan ölkələrin böyük müştərisi olma statusunu dəyişdirməyəcək.” – deyə BVF-nin prezidenti Kristin Laqard bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR