Prezident İlham Əliyev: “ASAN xidmət” korrupsiyaya qarşı mübarizədə doğrudan da inqilabdır

03:53 12 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Bu il iki yeni “ASAN xidmət” mərkəzi açılmalıdır - Masallıda və Qəbələdə. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatacaq. Bundan əlavə, səyyar xidmət göstərilir, on avtobus ölkəmizi dolaşır.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışan Prezident İlham Əliyev “ASAN xidmət”in Azərbaycan brendi olduğunu vurğulayıb. Dövlətimizin başçısı deyib: “Mən çox şadam ki, bəzi başqa ölkələr də bu təcrübədən istifadə edirlər. Düzdür, bəzi hallarda “ASAN xidmət”in təcrübəsinə istinad edilmir. Ancaq eybi yoxdur, bizim üçün əsas məsələ odur ki, Azərbaycan vətəndaşları bu xidmətdən yararlansınlar. İki il ərzində 7 milyondan çox müraciət olmuşdur. “ASAN xidmət”in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər, korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır. Eyni zamanda, könüllülər sinfi yaradılıb. Fəal vətənpərvər gənclər könüllülər kimi fəaliyyət göstərirlər. Yəni, bu təşəbbüsün çox böyük müsbət mənası var”.
Azərbaycan Prezidenti qeyd edib ki, gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə harada hələ ki şəffaflıq təmin edilmir, o sahələr də “ASAN xidmət”də öz həllini tapacaq. Ona görə, hökumət bu məsələ ilə bağlı əlavə təkliflər verməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR