Fransanın “Air France” aviaşirkəti dekabr ayında külli miqdarda gəlir itirib. ANS PRESS-in məlumatına görə, buna səbəb kimi Parisdə 130 nəfərin ölümü ilə nəticələnən 13 noyabr terror aktları göstərilir.
Həmin ay şirkətin gəlirləri 76 milyon məbləğində aşağı düşüb. Sərnişinlərin sayı 1.1 faiz azalaraq 6.2 milyona çatıb. Noyabr və dekabr aylarında Parisə və Parisdən uçuşların əksəriyyəti məhdudlaşdırılmışdı.
Yanvar ayından başlayaraq isə, şirkətin bilet satışları yenidən artıb. Həftənin əvvəlində şirkətlərin səhmləri 2 faiz dəyər qazanıb. Rəsmilər bildiriblər ki, terror hadisələri, dekabrda, eyni zamanda, Şimali Amerika və Asiya aviaşirkətlərində də təsir edib.