Bayramqabağı Xanım Qafarovanın ailəsinə baş çəkdilər - FOTO

Bayramqabağı Xanım Qafarovanın ailəsinə baş çəkdilər - FOTO
17:22 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Dövlət Musiqili Teatrının kollektivi mərhum əməkdar artist Xanım Qafarovanın ailəsinə baş çəkib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçilər uzun illər bu teatrda çalışmış X.Qafarovanın ailəsini, xüsusilə də 6 yaşlı qızı Gövhər Qafarovanı bütün əlamətdar günlərdə yad etdiklərini bildiriblər.

Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevin təşəbbüsü ilə mərhum aktrisanın ailəsinə bayram sovqatı və hədiyyələrlə yanaşı, maddi yardım da göstərilib. X.Qafarovanın anası Gövhər Qafarova hər zaman ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ə.Lalayev başda olmaqla, teatrın bütün kollektivinə minnətdarlığını bildirib.

Qeyd edək ki, X.Qafarova iyulda dünyasını dəyişib. Aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR