Bakı, 12 yanvar, AZƏRTAC
Rusiyanın ticarət və sənaye naziri Denis Manturov ölkəsinin İndoneziyaya MC-21 sərnişin təyyarəsi satmağı planlaşdırdığını açıqlayıb. Nazirin sözlərinə görə, aviasiya sektorunda başqa müqavilələrin də imzalanacağı gözlənilir.
AZƏRTAC airporthaber saytına istinadla xəbər verir ki, nazir, ölkəsinin İndoneziyaya nəinki təyyarə satmaq, həmçinin bu ölkədə təyyarənin bəzi ehtiyat hissələrinin istehsalı üçün texnoloji tərəfdaş tapmaq niyyətində olduqlarını bildirib.