İstanbuldakı teraktda 12 turist yaralanıb

İstanbuldakı teraktda 12 turist yaralanıb
16:24 12 Yanvar 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün İstanbulun mərkəzi yerlərindən olan Sultanahmet meydanında baş verən  terror aktında yaralanan şəxslərin 12-si turist olub. Lent.az-ın “sözcü.com.tr”-yə istinadən məlumatına görə, yaralananlar arasında 9 Almaniya, 1 Norveç, 2 Peru vətəndaşı var.

İstanbul Baş Prokurorluğu yaydığı məlumatda terror hadisəsi nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Sultanahmed meydanında partlayış baş verib. İlkin araşdırmalar zamanı terror aktı olduğu ortaya çıxıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR