Çinin Quandun vilayətində lotereya həvəskarlarını çaşdıracaq hadisə baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, vilayət sakini lotereyada udduğu 25,6 milyon yuan (3,9 milyon dollar) pulu götürməyib. Nəticədə pulun götürülməsi üçün müəyyən edilən son tarix yanvarın 11-də başa çatdığı üçün uduş heç kimə verilməyib.
Mətbuatın yazdığına görə, ötən ilin noyabrında Dunquan şəhərində uduşlu bileti alan şəxs lotereyadan sonra təşkilatçı "China Weltfare Loterry" şirkətinin yerli ofisinə baş vurmayıb.
Bundan əvvəl, Çində 1,91 milyon dollar lotereya uduşu qazanan şəxs uduşunu götürməmişdi.
Milli.Az