Azərbaycan və Böyük Britaniya hərbi əməkdaşlıq planı imzaladılar

Azərbaycan və Böyük Britaniya hərbi əməkdaşlıq planı imzaladılar
19:12 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 11-də London şəhərində Azərbaycan ilə Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib. Yekunda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2016/2017-ci maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı" imzalanıb.

İllik əməkdaşlıq Planı əsasən təlim-təhsil sahəsindəki ikitərəfli fəaliyyətləri, o cümlədən dil hazırlığı, zabitlərin təkmilləşdirmə kursları və sülhməramlı əməliyyatlara hazırlıq üzrə treninqlər daxil olmaqla Azərbaycanda və Böyük Britaniyada təşkil olunacaq 17 müxtəlif tədbirin icrasını nəzərdə tutur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR