Litvada 13 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan marafon keçirilib

19:13 12 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+


Vilnüs, 12 yanvar, AZƏRTAC
Litvanın paytaxtı Vilnüsdə 13 yanvar faciəsi qurbanlarının -azadlıq müdafiəçilərinin xatirəsinin 25-ci ildönümünə həsr olunan “Həyat və ölüm yolu ilə” devizi altında beynəlxalq marafon təşkil edilib.
Doqquz kilometrlik qaçış faciə qurbanlarının dəfn olunduğu Antakalnis məzarlığından başlayıb və Litvanın televiziya qülləsində sona çatıb.
Litva və digər ölkələrdən olan idmançılarla yanaşı, ölkənin Xarici İşlər Nazirliyinin nümayəndələri, Azərbaycan, Latviya, Estoniya, ABŞ, Almaniya səfirliklərinin əməkdaşları azadlıq müdafiəçilərinin
məzarlarını ziyarət ediblər.
Xatırladaq ki, “Həyat və ölüm yolu ilə” adlı tədbir ilk dəfə 1992-ci ildə təşkil edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Litvada_13_yanvar_faciesi_qurbanlarinin_xatiresine_hesr_olunan_marafon_kechirilib-917872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR