Ov quşları kütləvi ovlanaraq yol kənarında satılır - VİDEO

Ov quşları kütləvi ovlanaraq yol kənarında satılır - VİDEO
21:12 12 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Qadağan olunsa da Biləsuvarda yol kənarında ov quşlarının kütləvi ovlanaraq satışı həyata keçirilir. Saticılar isə onlara həmin quşların ovçular tərəfindən verildiyini iddia edirlər.

Yol kənarında çöl quşları satanlar kameranı görən kimi təşvişə düşür.

Bura Biləsuvar rayonunda Ələt -Astara magistralının kənarında yerləşən Mahmudçala ovçuluq təsərrüfattıdır. Ovçuluq təsərrüfatdındakı heyvanlar və kütləvi şəkildə ovlanaraq satışa çıxarılır.
Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, bu şəxs hər vəchlə qanunsuz çöl quşu alverini örtbasdır etməyə çalışıb.

Yol boyu kənd təsərrüfatı məhsulları satanlar da ovçuların tez-tez burada ucuz qiymətə ov quşları təklif etdiklərini deyirlər.

Çöl quşlarının kütləvi şəkildə satışa çıxaranlar əsasən brakonyerlərdir. Bu da Mahmudçala ovçuluq təsərrüfatına nəzarətin olmamasından irəli gəlir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR