Venesuela yığmasının futbolçusu dopinq qəbul etdiyi üçün cəzalandırılıb
Paylaş
·39 baxış·1 dəq oxu
Bakı. 13 yanvar. REPORT.AZ/ Venesuela milli komandasının futbolçusu Edqar Ximenes 2 il müddətinə diskvalifikasiya olunub. "Report"un məlumatına görə, buna 31 yaşlı yarımmüdafiəçinin dopinq qəbul etməsi səbəb olub. Ötən il Cənubi Amerika Kuboku matçlarının birindən sonra götürülmüş dopinq-test nəticəsində onun oktopamin stimulyatorundan yararlandığı üzə çıxıb. Qeyd edək ki, Venesuelanın "Korabobo" klubunda çıxış edən Edqar Ximenes yığmada 9 oyun keçirib.