Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydalar təsdiq edib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydalar təsdiq edib
10:38 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun 40.3-cü və 40.4-cü maddələrinə müvafiq olaraq "Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
QKDK-ın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, bu qaydalar baza aktivi (qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.) və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılması üzrə investisiya xidmətlərinin göstərilməsi şərtlərini müəyyən edir.
Eyni zamanda, QKDK tərəfindən "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə uyğun olaraq "İnvestisiya qiymətli kağızlarının qiymətinin sabitləşdirilməsi haqqında Qaydalar təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qaydalar kütləvi təklif üsulu ilə yerləşdirmədən sonra investisiya qiymətli kağızlarının qiymətlərinin sabitləşdirilməsi məqsədilə onların emitent və ya anderrayter tərəfindən satın alınmasının şərtlərini və bununla əlaqədar məlumatların açıqlanması üzrə tələbləri müəyyən edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qiymetli_Kagizlar_uzre_Dovlet_Komitesi_yeni_qaydalar_tesdiq_edib-917974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR