"Dakar-2016" ralli marafonunun 8-ci mərhələsi ölüm hadisəsi ilə yadda qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hadisə Argentinanın Kordova şəhərində baş verib.

Belə ki, fransalı pilot Lionel Bodanın idarə etdiyi "Mitsubişi Lanser" markalı avtomobili daşıyan evakuator başqa maşınla toqquşub. Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 5 nəfər isə ağır xəsarət alıb. Bodanın avtomobili evakuatorla Buenos-Ayres şəhərinə aparılaraq, ordan gəmi vasitəsilə Avropaya göndəriləcəkmiş.

Qeyd edək ki, yanvarın 9-da "Dakar-2016" ralli marafonunun Boliviyada keçirilmiş mərhələsində məhz Bodanın idarə etdiyi avtomobil 63 yaşlı kişini vuraraq, ölümünə səbəb olmuşdu.

Milli.Az