Bakı, 13 yanvar, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yanvarın 22-də İmişli rayonunda (Heydər Əliyev Mərkəzi) vətəndaşları qəbul edəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan sakinlərin qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı ərizə, təklif və tövsiyələrinə baxılacaq.