İstanbul terroru nəticəsində ölənlərin sayı artdı - 12 ölü

İstanbul terroru nəticəsində ölənlərin sayı artdı - 12 ölü
18:12 13 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya Xarici İşlər Nazirliyi keçirilən mətbuat konfransında Sultanahmetdə baş verən terror nəticəsində həyatını itirən alman vətəndaşlarının sayının artdığını bildirib.

Milli.Az "sputniknews"a istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Savsan Çebli Berlində təşkil olunan mətbuat konfransında dünənki teror nəticəsində ağır yaralanan Almaniya vətəndaşının birinin həyatını itirdiyini açıqlayıb. O, 7 yaralı Almaniya vətəndaşının müalicəsinin davam etdirildiyini deyib.

Qeyd edək ki, ötən gün İstanbulun tarixi hissəsində canlı bombanın törətdiyi partlayış nəticəsində 10 nəfər alman vətəndaşı həyatını itirmişdi. 

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/turkey/397625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR