Millət vəkili şirkətləri və dövlət qurumlarını ittiham etdi

Millət vəkili şirkətləri və dövlət qurumlarını ittiham etdi
19:18 13 Yanvar 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

"Cənab prezident söylədi ki, bizə çevik hökumət modeli lazımdır. Neft erasında şişmiş səlahiyyətlər və qurumlar artıq öz dövrünün başa çatdığını bilməlidirlər. Bütün vəzifə inhisarçılığı real iqtisadi və maliyyə nəticələrini doğurur. Bu isə sonda vətəndaşın vəziyyətinə mənfi təsir göstərir. Ona görə də, dövlət başçısının qoyduğu məsələ də bundan ibarətdir ki, işləri daha qısa müddətdə, daha təcili surətdə həyata keçirmək lazımdır. Ən önəmlisi isə budur ki, insanların qarşısına çıxmaq, onların içində olmaq lazımdır. Qeyri-müəyyənliklərin, panikanın yalnız ekspertlərin şərhinin öhdəsinə buraxılmasına son qoyulmalıdır. Nazirlər də, binalarda sayları yüzlərlə olan ayrı-ayrı sahələrin məmurları da efir məkanına çıxmalı, camaata məsələləri izah etməli, manatın məzənnəsinin nə vaxt sabitləşəcəyini və daha sonra hansı addımlar atılacağını, vətəndaşların bu prosesdə iştirakı formasını bildirməlidirlər. Çünki problemlərin bir çoxu real iqtisadi səbəbdən daha çox psixoloji-mənəvi xarakterlidir. Bunlar aradan qalxsa, dinamizm, ticarət mühitinin fəallığı, gözləmə mövqeyindən çıxma baş verəcək. Yoxsa bu, öz-özünə, hamı öz kabinetinə çəkilməklə ola bilməz. Lakin iri və əzəmətli tikilmiş nazirliklərin fonunda qeyd edilən bu tələblərə cavab verənlər çox azdır".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər və qoyduğu tapşırıqlara münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, idxalda və ixracda inhisarçılıq Azərbaycanın maraqlarını həmişə təhdid edib və bu məsələ dəfələrlə qeyd olunub. Onun sözlərinə görə, indi devalvasiyadan sonrakı dövrdə ən başlıca vəzifə rəqabət mühitini yaratmaqdır ki, insanlar dövlətin yükünü nisbətən azalda, satınalmaları, malların ölkəyə gətirilməsini, yaxud daxili istehsalın artırılmasını, getdikcə məhsulların xaricə ixrac edilməsini təşkil edə bilsinlər ki, yaranmış gərgin vəziyyətdən çıxaq. Daha sonra bizim idxaldan asılılığımız tədricən azalacaq. Lakin inhisarçılıq daxildə istehsalatda da kəskin şəkildə mövcuddur:

"Bu gün nə baş verir? Bir faktı deyim. Azərbaycanın cənub bölgələrinin birində bir müəssisə hektarlarla torpağı orada yaşayan əhali ilə bərabər əkib-becərərək məhsul istehsal edir. Bu məqamda qida sektorunda tanınmış şirkətlərdən biri qida sənayesi sektorunda dominant mövqeyindən istifadə edərək, süni vasitələrlə həmin müəssisənin işini iflic edir. Nəticədə artıq minlərlə insan o torpaqları əkib-becərmir. Həmin adamlar iş tapmaq üçün paytaxta üz tuturlar ki, bu zaman Bakıda əmək bazarına və mənzil fonduna uzanan əllər daha da artır və gərginlik də yüksəlir. Digər tərəfdən, yerli vergilər yığıla bilmir. Dördüncüsü, normal keyfiyyətli məhsul istehsal edilmir. Beşincisi, kənardan gətirilmiş konsentratı bir azca emal edib Azərbaycan xalqının mədəsinə tökürlər. İndi də bütün bu prosedurlardan və monopol labirintlərindən sonra deyirlər ki, həmin məhsulun maya dəyərinə dolların kursu təsir etdiyindən onun qiyməti qaldırılmalıdır. Axı sən o yerli qüvvəni niyə iflic edirdin, istehsalatda niyə bu cür inhisarçı mövqe tuturdun ki, indi də məhsulun maya dəyərindəki xarici valyutanın məzənnəsini hesablayasan? Əgər mən bunu deyirəmsə, deməli, konkret faktlara malikəm".

Z.Oruc yerli icra hakimiyyətlərinin inhisarçılıq və səlahiyyətlərindən sui-istifadə etməsinə də toxunub: "Yerli icra hakimiyyətləri tərəfindən yaradılan monopol sistemlər göz qabağındadır. Hər bir icra hakimi dəyişəndə guya o rayonun quruculuğuna aid olan müəssisə dərhal kütləvi söküntülərə başlayır. Yəni, Abşeron rayonunun quruculuğu bir adamın ağlının məhsulu olmalı idi. Həmin adam yerini Sumqayıta dəyişibsə, orada yenidən kütləvi olaraq "sökmə əməliyyatı" getməlidir. Belə çıxır ki, qanunla biz hər bir şəhərin ayrıca arxitektur modelini qəbul etməliyik ki, icra hakimiyyətlərinin bu avantürasından xilas olaq, hər kəs öz zövqünü gəlib orada tətbiq etməsin və minlərlə insanın iş yerinə zərbə vurmasın. Amma bizə bəllidir ki, bu, sadəcə, rayonun panoraması üçün görülən tədbirlər deyil. Niyyət orada hansısa yaxın şirkətlərin, qrupların məhsullarını kütləvi olaraq həmin rayonun "əyninə tikmək"dir. Bu, artıq o qədər qabarıq faktdır ki, bunu gizlətmək mümkün deyil. Doğrudan da, faktla danışsaq, əgər Eldar Əzizov Sumqayıtda yaxşı icra başçısı olubsa, o halda onun hansısa dövlət vəsaitləri hesabına qurduğu binalar, yollar, digər infrastruktur dağılmamalıdır. Yox, əgər pis icra başçısı olubsa, onda niyə daha sonra Səbail rayonuna təyin olunub? Eyni zamanda da bunu Abşerondan Sumqayıta gəlmiş icra başçısı haqqında söyləmək mümkündür. Mən bunu istisna kimi bir rayon üçün demirəm, əslində, bu fikir əksər yerlərə aiddir.

Baxın, iri holdinqlərin Azərbaycanda qiymətləri rəqabətdən deyil, süni şəkildə formalaşdıraraq diktə etməsi nə qədər pisdirsə, aşağı səviyyələrdə, yerli icra orqanlarının vətəndaşlara qarşı tətbiq etdikləri inhisarçı, inzibati mövqe də bir o qədər yararsızdır. Cənab prezidentin söylədiyi kimi, necə ola bilər ki, bizim bu qədər münbit torpaqlarımız ola-ola icra hakimiyyətləri heç bir sənaye müəssisəsi yarada bilməyiblər?! Niyə belə olub?! Səbəb dediyimiz məsələlərdir.

Bu gün Azərbaycanın hər bir vətəndaşı ən yaxşı biznes planlarının üstünə bircə "bizə toxunmayın, dəyməyin!" cümləni yazaraq işlərini rahat şəkildə həyata keçirə bilərlər".

Deputatın fikrincə, bunun üçün neft dövründə yaranmış süni strukutları, nazirlikləri ləğv etmək kifayətdir. Məmurların sayı azalanda isə iş yerlərinin sayı artacaq: "Çünki bu nazirliklərin hərəsi özünə müxtəlif səlahiyyətlər icad edirlər. Məsələn, ölkədə yanacağı hansı qurumun istehsal etdiyi bəllidir. Bu ARDNŞ-dir. Əgər belədirsə, onda Yanacaq və Energetika Nazirliyinə nə ehtiyac var? Enerji sistemini "Azərişıq" ASC idarə edir. Amma əlavə olaraq "Azərenerji" ASC də var. Yaxud da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi. Bu qurum niyə komitə olsun ki?! İqtisadiyyat və Sənaye Nazirliyinin bir şöbəsi, kiçik departamenti özünə bu qədər böyük səlahiyyətı yığıb. Şişmiş aparatlar dövlətin küli miqdarda vəsiatlərinin o sahəyə yönəlməsinə səbəb olur. Bu azmış kimi saxta səlahiyyətlər insanların üzərində qurulan bürokratik zirehlərə gətirib çıxarır və nəticədə Azərbaycan dünyada əhalinin hər 100 min nəfərinə düşən məmur sayına görə rekord vurur. Bu, niyə baş verir? Axı məmur işi real olaraq istehsalat sahəsi deyil, o, nəyisə yaratmır, təkrar istehsalla məşğul olmur, əhali üçün yeni iş yerləri, firavanlıq bərqərar etmir. Əksinə, onun qarşısını alır. Bunun üçün də istəyir ki, səlahiyyətlərindən istifadə etsin. Məhz ona görə də cənab prezident söylədiyi kimi, belə olan təqdirdə "ASAN xidmət"in səlahiyyətlərini daha da genişləndirməliyik. Lakin elə bu yerdə də vurğulayaq ki, "ASAN xidmət"ə verilmiş səlahiyyətlərin fonunda müvafiq qurumların daxilindəki həmin şöbələrin saxlanılması tamamilə yolverilməzdir. Onlar birdəfəlik qovluqlarını götürüb "ASAN xidmət"in binasına gəlməli və elə orada da qalmalıdırlar. Daha onların iki yerdə ofisi olmalı deyil".

İlkin İzzət
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şeyxülislam Türkiyəyə gedir

21 Sentyabr 2017 12:49

48 yaşlı Cennifer Lopes dekoltesi ilə diqqət mərkəzində - FOTO

21 Sentyabr 2017 12:48

Mahmud Məmmədquliyev: "Ai ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək"

21 Sentyabr 2017 12:47

DİN 5 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

21 Sentyabr 2017 12:44

Nazir müavini: "Brüsseldə Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq"

21 Sentyabr 2017 12:42

Sabahın HAVASI: Küləkli, dumanlı və...

21 Sentyabr 2017 12:41

Azərbaycan nefti ilə bağlı NİKBİN PROQNOZ - Qiyməti XEYLİ ARTACAQ

21 Sentyabr 2017 12:38

"Topaz"da bu gün

21 Sentyabr 2017 12:37

Fransa klubunun üzvü millimizdən kənarlaşdırıldı

21 Sentyabr 2017 12:37

“eTopaz”da günün canlı oyunları

21 Sentyabr 2017 12:37

“ASUS ZenPad 10” planşeti təqdim edilib

21 Sentyabr 2017 12:35

“Google” eksperimental şəhər tikəcək

21 Sentyabr 2017 12:35

Dünyanın ən bahalı avtomobil sərgisi keçirilir - YEPYENİ MODELLƏR - FOTOLAR

21 Sentyabr 2017 12:33

Latviya prezidenti: "BMT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir"

21 Sentyabr 2017 12:32

Mətanətin sinəsi çöldə qaldı, müzakirə olundu - FOTOLENT

21 Sentyabr 2017 12:24

Dəlixanaya yatırlıdı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMUR

21 Sentyabr 2017 12:23

Damlanı niyə Mərdəkana aparmaq istədi?

21 Sentyabr 2017 12:23

Xəyalə ilə xəbər saatı

21 Sentyabr 2017 12:21

Bakının mərkəzində qadına zor tətbiq edən şəxs tutuldu

21 Sentyabr 2017 12:19

Azərbaycanlı müğənni açıq-saçıq səhnələrdən DANIŞDI: “Kişi qadınla cütləşməlidir” - MÜSAHİBƏ

21 Sentyabr 2017 12:18

Türkiyədə yol qəzası baş verib, 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb

21 Sentyabr 2017 12:17

Arvadını və qızını döydü, qumbara ilə hədələdi – AZƏRBAYCANDA

21 Sentyabr 2017 12:14

Dağlıq Qarabağ münaqişəsi sona çata bilər

21 Sentyabr 2017 12:14

35 dərəcə isti olacaq

21 Sentyabr 2017 12:13

Sabaha olan hava proqnozu açıqlanıb

21 Sentyabr 2017 12:12

Azərbaycan gömrükçüləri avtomobilin torpedasında 6 ədəd mobil telefon aşkar edib

21 Sentyabr 2017 12:12

Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

21 Sentyabr 2017 12:12

Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

21 Sentyabr 2017 12:12

"Kimsə burada ürək tutmasından öləcək"

21 Sentyabr 2017 12:11

MTN generalının məhkəməsi: "Ən sevdiyi yerdən xəyanət etdilər"

21 Sentyabr 2017 12:09

Generalın məhkəməsində daha bir FAKT ÜZƏ ÇIXDI

21 Sentyabr 2017 12:08

"Fəlakət" nişanlandığı deyilir

21 Sentyabr 2017 12:08

“Şahdəniz 2” platformalarının ikinci üst tikililəri dənizdə quraşdırılıb

21 Sentyabr 2017 12:07

Departament rəhbəri və müavini işdən çıxarıldı

21 Sentyabr 2017 12:03

Arvadını döyən Cəlilabad sakininin evindən qumbara tapılıb

21 Sentyabr 2017 12:02

Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib

21 Sentyabr 2017 12:02

Rusiyada neft gəlirləri əhaliyə paylanacaq

21 Sentyabr 2017 12:02

Keçmiş MTN generalının məhkəməsi davam etdirilir

21 Sentyabr 2017 12:02

Baş nazirin müavinindən islam ölkələrinə Ermənistanla bağlı ÇAĞIRIŞ

21 Sentyabr 2017 11:59

Turan İbrahimov "səhər"i Şeyxdən başladı:

21 Sentyabr 2017 11:59

Bakıdakı məktəblərdən birinin direktoru vəzifəsindən azad olunub

21 Sentyabr 2017 11:57

Ronaldo bu futbolçunu "Real"a gətirmək istəyir

21 Sentyabr 2017 11:57

SORĞU: Cavan qızlara sataşan yaşlı kişilərə hansı cəza verilməlidir?

21 Sentyabr 2017 11:56

SOCAR və tərəfdaşları neft-qaz sənayesinə neçə milyard dollar yatırıb?

21 Sentyabr 2017 11:54

“Regionda yeni münaqişələr başlana bilər” - Üç nazirdən XƏBƏRDARLIQ

21 Sentyabr 2017 11:53

Əli Həsənov: “Serj Sarqsyanın BMT-dəki çıxışı həyasızlıq, tərbiyəsizlikdir”

21 Sentyabr 2017 11:52

“Accessbank”ın müştəriləri “Lounge Key” xidmətindən istifadə edə biləcək

21 Sentyabr 2017 11:52

Masallıda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib

21 Sentyabr 2017 11:52

Tanınmış jurnalist infarkt keçirdi

21 Sentyabr 2017 11:48

“Gözəllik kraliçası” ilə onun bacısını öldürən qatil həbs olundu - FOTO

21 Sentyabr 2017 11:48