Kamran Həsənli: "Mən Azərbaycan mətbəxini sevmirəm"

Kamran Həsənli: "Mən Azərbaycan mətbəxini sevmirəm"
17:47 30 Dekabr 2014
218 Şou
Ölkə mətbuatı
A- A+

Şoumen Kamran Həsənli formada qalma sirrini açıqlayıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, “İncə+” verilişinin qonağı olan aparıcı çörəyi az yediyini deyib:

"Mən Azərbaycan mətbəxini sevmirəm. Çünki bizdə yağlı, quru yeməklər çoxdur, masaya çörəyi çox qoyuruq. Bütün dünyada bizim stoldakı çörəyə baxanda dəhşətə gəlirlər. Bizdə duru yemək yoxdur. Kimsə məni qınaya bilər ki, düşbərəmiz var. Yox, o xəmir xörəyidir.

Mən sulu yemək olan mətbəxi xoşlayıram. Çörək az yeyilməlidir. İnsan masadan doymadan durmalıdır. Çörəyi doyunca yesən, bir müddət sonra orqanizm məhv olacaq. Siqnal beyinə bir az gec çatır. Biz yeməyi partlayana qədər yeyir, hələ sonda qabın dibindəki yağa da çörək batırırıq. Belə olmaz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/316802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR