"PAŞA Sığorta" şirkəti iki yeni layihəyə başlayıb

"PAŞA Sığorta" şirkəti iki yeni layihəyə başlayıb
08:03 14 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
"PAŞA Sığorta" şirkəti sığorta sahəsində insanların maarifləndirilməsi məqsədilə 2 yeni layihəyə başlayıb.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk layihə "Sığortaçı akademiyası" çərçivəsində “facebook” izləyiciləri üçün inşa müsabiqəsinin keçirilməsi ilə bağlıdır. Belə ki, dekabr ayında ASAN könüllüləri üçün keçirilən "Sığortaçı akademiyası" təlimlərinə “facebook” izləyicilərinin böyük marağı yarandığı üçün "PAŞA Sığorta" "Sığortanın həyatımızda rolu" mövzusunda ən yaxşı inşa yazacaq 20 iştirakçıya təlimdə iştirak imkanını təqdim edir. İştirak üçün 18-30 yaş arasında olan hər kəs yanvarın 25-dək inşalarını marketing@pasha-insurance.az elektron ünvanına mövzu yerində "Sığortanın həyatımızda rolu" qeyd edərək göndərməlidir. İnşalar şirkətin ekspertləri tərəfindən yoxlanılacaq və nəticələr fevral ayının ortalarında elan olunacaq. Təlimlərin fevral və mart aylarında keçirilməsi planlaşdırılır. Əsas mövzular risklərin idarə olunması, sığorta işinin əsasları, sığorta iddialarının tənzimlənməsi, marketinq, insan resursları və mühasibatı əhatə edən təlimlər şirkətin əməkdaşları tərəfindən keçiriləcək. Təlimin sonunda sertifikatlar veriləcək və təlim ərzində fərqlənən bir neçə iştirakçıya xüsusi hədiyyələr təqdim olunacaq. Sığorta biliklərini artırmaq istəyən hər kəs bu müsabiqəyə qoşula bilər. Layihənin əsas məqsədi gənclər arasında sığorta işinin təbliğinin artırılmasından ibarətdir və sosial xarakter daşıyır.
Digər bir layihə isə "Sığorta məsləhətçiniz" adlanır. Bu layihə çərçivəsində yanvarın 14-dən başlayaraq "PAŞA Sığorta" şirkətinin ekspertləri hər həftə “facebook” izləyicilərinin suallarına onlayn şəkildə cavab verəcək. Şirkətdən alınan məlumata əsasən, layihədə hər həftə fərqli departamentlərin rəhbərləri, aparıcı mütəxəssisləri iştirak edəcək. "Sığorta məsləhətçiniz" layihəsinin də əsas məqsədi sığorta maarifləndirməsini artırmaq və insanların sığorta barədə olan suallarına daha rahat cavab tapmaları üçün şərait yaratmaqdır.
Yanvarın 14-də "PAŞA Sığorta" şirkətinin anderraytinq və təkrarsığorta departamentinin rəhbəri Fərid Hidayətov "Sığorta növləri və risklərin qiymətləndirməsi barədə bilmədikləriniz" mövzusunda “facebook” izləyicilərinin suallarını cavablandıracaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotPASA_Sigorta_quot_sirketi_iki_yeni_layiheye_baslayib-918287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR