Məktəblinin döyülməsinə rəsmi cavab: BİR SAAT GÖZLƏYİN - VİDEO

Məktəblinin döyülməsinə rəsmi cavab: BİR SAAT GÖZLƏYİN - VİDEO
10:32 14 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilən və daha sonra mediada yer alan şagird döyülməsi ilə bağlı nazirlikdən açıqlama gəlib. 

Milli.Az xəbər verir ki, Sumqayıt şəhər 22 saylı orta məktəbdə şagirdin İdris adlı tarix müəllimi tərəfindən döyülmə faktı araşdırılır. 

Bunu saytımıza Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, fakt nazirlik tərəfindən qeydə alınıb, müəllim və şagirdin kimliyi və hadisənin səbəbləri araşdılır. 

"Yaxın bir saata mediaya geniş açıqlama veriləcək", - Cəsarət Valehov bildirib.

Ceyhun Ələkbərov
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR