Braziliyalı hücumçu "İnter"ə qayıdır

Braziliyalı hücumçu "İnter"ə qayıdır
15:05 14 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Junior Nildo "İnter"ə qayıdır

Milli.Az aut.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu qış fasiləsindən sonra bank klubunda çıxış edəcək.

Ötən mövsümün sonlarında "İnter"i tərk edən Nildo klub rəhbərliyinə geri dönmək istədiyini bildirib. Komandanın cari mövsümdəki bombardiri Dieqo Martinsin gedişindən sonra hücumçu axtarışında olan "bankirlər" də onun qayıdışına razılıq verib. Məlumata görə, tərəflər artıq bütün məsələləri razılaşdırıb. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.

Qeyd edək ki, Nildo 2014/15 mövsümündə "İnter"də 24 oyun keçirib və 8 qol vurub. O, əvvəllər AZAL və "Xəzər Lənkəran"ın formasını geyinib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR