Konqresmen Kris Smitin Konqresə təqdim etdiyi "Azərbaycan demokratiya aktı" adlı qanun layihəsinin ABŞ-ın icra orqanları ilə heç bir əlaqəsi yoxdur.
Milli.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, hər kəs bacardığı qədər dövlətçiliyin, milli maraqların qorunması üçün əlindən gələni edir: "Azərbaycanın xarici siyasət kursunun əsas məqsədi Azərbaycanın milli və dövlətçilik maraqlarının qorunmasıdır. Bu nöqteyi-nəzərdən, başqa qolun nümayəndəsi olduğum üçün o məsələyə qarışmaq istəmirəm. O məsələ hansısa bir konqresmenin mövqeyi olduğu üçün bizim ona uyğun qanunvericilik orqanının nümayəndəsi mövqeyini bildirib".
PA rəsmisinin sözlərinə görə, ABŞ-ın icra orqanlarında, yəni Ağ Ev, Dövlət Departamentində qeyd ediblər ki, onların bu məsələ ilə heç bir əlaqəsi yoxdur.
Milli.Az