"İki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın üzvünü zərərsizləşdirmişik".
Milli.Az Report-a istinadən bidirir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin xarici dövlətlərdəki səfirlərinin toplantısında bildirib.
Baş nazirin sözlərinə görə, öldürülən terrorçular arasında İŞİD qruplaşmasının liderləri də var: "İstanbuldakı xain terror hücumunun İŞİD tərəfindən törədildiyini təsbit etdikdən sonra Silahlı Qüvvələrimiz 48 saat ərzində terrorçuların Suriya və İraqdakı mövqelərinə top və tanklardan 500-ə yaxın atəş açıb. İraqın Başika rayonunda, bundan başqa Türkiyənin İraq və Suriya ilə sərhədboyu ərazilərdə İŞİD-in mövqelərini imkanımız daxilində vurmuşuq. Bu əməliyyat nəticəsində aralarında İŞİD-in başçıları da olmaqla 200-ə yaxın terrorçunu zərərsizləşdirmişik".
Milli.Az