​İmişlidə çağırışçı gənclər hərbi xidmətə yola salınıb

​İmişlidə çağırışçı gənclər hərbi xidmətə yola salınıb
01:57 15 Yanvar 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ İmişli rayonunda çağırışçı gənclər hərbi xidmətə yola salınıblar.
"Report" xəbər verir ki, Bayraq meydanında keçirilən mərasimdə İmişli Rayon İcra Hakimiyyəti, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və çağırışçıların valideynləri iştirak ediblər.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Çağırışçı gənclərə Vətənə layiqli xidmət etmələri tövsiyə edilib. Daha sonra çağırışçılar müqəddəs Qurani-Kərimin altından keçib uçrəngli Azərbaycan bayrağını öpərək xidmət edəcəkləri hərbi hissələrə yola salınıblar.








Xəbərin orijinal ünvanı: http://report.az/herbi/i-mislide-cagirisci-gencler-herbi-xidmete-yola-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR