Yaponiyada turist faciəsi: 14 ölü, 27 yaralı

Yaponiyada turist faciəsi: 14 ölü, 27 yaralı
07:42 15 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyada turistləri daşıyan avtobus qəzaya uğrayıb,  nəticədə 14 nəfər ölüb, 27 nəfər yaralanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixido Suqa bildirib.   
 
"41 sərnişindən 14-ü ölüb, 27 nəfəri müxtəlif xəsarətlər alıb", deyə o bildirib.  
 
Məlumata görə,  turistləri daşıyan avtobus Naqanodakı dağ-xizək kurortuna yollanırmış. Qəza Naqano və Qumma prefekturalarının sərhədində baş verib. Avtobus qarşı yola çıxıb və yol kənarındakı hasarı uçuraraq aşıb.  
 
Polis qəzanın səbəblərini araşdırır.  
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR