Ata fəryadı: Uşağımın gözümün önündə sönməsinə imkan verməyin - FOTO

Ata fəryadı: Uşağımın gözümün önündə sönməsinə imkan verməyin - FOTO
11:47 15 Yanvar 2016
226 Digər
Ölkə mətbuatı
A- A+

Qazax rayonu Aşağı Əskipara kənd sakini, Qarabağ müharibəsi veteranı Famil Şəmilov Milli.Az-a məktub ünvanlayaraq müraciətini yardımsevər, imkanlı insanların diqqətinə çatdırmağı və onun ölümlə üz-üzə qalan 1 il 9 aylıq körpəsinin xilas edilməsində yardımçı olmalarını xahiş edib.

Gözüyaşlı atanın fəryadını olduğu kimi diqqətinizə çatdırırıq:

"Mən Şəmilov Famil Möysüm oğlu Qazax rayonu Aşağı Əskipara kənd sakiniyəm. Müharibədən sonra Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən Xalça sexində məskunlaşmışam. 1992-ci ilin fevral ayında Vətən uğrunda gedən döyüşlərdə 5 il iştirak etmişəm və müharibə veteranıyam. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsində baş çavuş rütbəsində, manqa komandiri vəzifəsində xidmət edirəm.

Sizə məktub yazmağıma səbəb övladımın acı taleyi ilə bağlıdır. Oğlum 18.01.2014-cü il təvəllüdlü Şəmilov Murad ağır (LEYKOZ) xəstədir. Övladım hal-hazırda Belarusun Minsk rayonunun Borovlyanı qəsəbəsində yerləşən uşaq onkoloji xəstəxanasında müalicə alır. Müalicə başlayan andan gücümüz çatacaq dərəcədə əlimizdən gələni etmişik. Hazırda isə müalicəni davam etdirməyə imkanımız çatmadığına görə uşağın xəstəxanadan çıxarılması barədə iki dəfə xəbərdarlıq almışıq.

Sizin xeyriyyəçiliyinizə, darda qalan vətəndaşlara əl tutmağınıza bel bağlayaraq acizanə dərəcədə kömək etməyinizi xahiş edirik.

Mən müharibə zamanı dəfələrlə ölümlə üzbəüz gəlmişəm. Ölümü adı bir hal kimi qarşılamışam, amma indı bir yaş döqquz aylıq körpəmin ölümlə üzbəüz qalmasına dözə bilmirəm. Mənim övladımın həyatı təhlükədədir. Sizdən çox xahiş edirəm, uşağımın gözümün önündə sönməsinə imkan verməyəsiniz. Ailəmiz adından əvvəlcədən təşəkkürümüzü bildiririk".

Yardım etmək istəyənlər üçün bank hesablarnı təqdim edirik:

Beynəlxalq Bank
AZ76İBAZ33801019945520109351

Access bank
AZ25ACAB00210100000000154915
 

Əlaqə telefonu: (+994) 055 604 07 52 - Şəmilov Famil

Pünhan Mirzə
Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR