Gəncədə alüminium zavodu fəaliyyətini dayandırdı?

Gəncədə alüminium zavodu fəaliyyətini dayandırdı?
11:57 15 Yanvar 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə Şəhər İcra Hakimiyyəti Det.Al alüminium zavodunun öz fəaliyyətini dayandırması haqda xəbərlərə reaksiya verib.

Milli.Az bildirir ki, İcra Hakimiyyətindən Qafqazinfo-ya daxil olan xəbərdə bildirilir ki, Det.Al alüminium kompleksi fəaliyyətini dayandırmayıb və tam gücü ilə işləyir: "Əhali arasında çaşqınlıq yaratmaq məqsədi ilə yayımlanan bu xəbərlərin heç bir ciddi əsası yoxdur".

Xəbərdə bildirilir ki, şirkətin baza müəssisəsi olan Det.Al alüminium kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin ümumi ərazisi 81,0 hektar, ümumi tikinti altı sahə isə 102.000 m² ərazini əhatə edir. Kompleksin tərkibinə 4 zavod (elektroliz zavodu, anod prosesləri zavodu, metaltökmə və fasiləsiz yayma zavodu, təzyiqlə emal və boyama zavodu) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), çoxlu sayda sex, istehsalat və sosial obyektlər daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR